«Turan Tovuz»dan üzücü xəbər almışıq.
Klubun əməkdaşı Hüseynov Novruz Müseyib oğlu dünyasını dəyişib.
Onun iş əsnasında vəfat etməsi barədə məlumat almışıq. Qeyri-rəsmi informasiyaya görə, N.Hüseynov «Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyevə məxsus obyektdə vəfat edib.
Bilindiyi kimi, o, Tovuz şəhəri ərazisində yeni ərazi satın alıb. Bir neçə hektarlıq sahədə futbol bazasının salınması nəzərdə tutulur.
Quliyevin tapşırığına əsasən, bir müddət əvvəl orada işlərə start verilib. N.Hüseynov isə klubun texniki personalına daxil olduğu halda, biznes adamının mülkiyyətindəki ərazidə iş prosesinə cəlb edilib.
Hazırda hadisəylə bağlı əlavə məlumatları incələməkdəyik. Klubun funksionelərindən də bu barədə rəsmi açıqlama almağa çalışacağıq.
SPORTİNFO.AZ