«Turan Tovuz»da məşqçilərə yeni absurd qadağa tətbiq olunub.
Bununla bağlı göstərişi İdarə Heyətinin üzvü Əli Balakişiyev verib.
Klubun işində yaxından iştirak edən idarəçi burada çalışan mütəxəssislərə domino oynamağı yasaqlayıb.
O, şəhər ərazisində fəaliyyət göstərən kafe və çay evlərində boş vaxtlarını keçirən məşqçilərə sevimli məşğuliyyətlərindən əl çəkməyi tapşırıb.
Xəbərdarlıq edib ki, kimsə onun sözündən çıxsa, göz yaşlarına baxmayaraq, müqaviləsinə birtərəfli qaydada xitam verəcək.
Ə.Balakişiyev İdarə Heyətinin sədri Ehtiram Quliyevin yaxın qohumudur. İş adamı «Turan»ı faktiki olaraq ona etibar edib.
Heç kimə vermədiyi səlahiyyətləri ona verib. Bütün sahələr, hətta maliyyə üzrə ən etibarlı şəxsidir.
Hansı funksioner, yaxud məşqçi onunla düz gəlmədisə, işdən uzaqlaşdırılmasını gözünün altına almalıdır.
Nadir Nəbiyev Tovuz futbol akademiyasının direktoru vəzifəsindən, Rasim Əliyev isə koordinator postundan Balakişiyevlə münasibətlərinə görə ayrılmalı olub.
SPORTİNFO.AZ