COP29

İş adamı “Qarabağ”a görə külli miqdarda pulundan keçdi

27 Avqust 2024 13:00 Turan 9 242
İş adamı “Qarabağ”a görə külli miqdarda pulundan keçdi

«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev yenidən pul kisəsinin ağzını geniş aralayıb.

İş adamı Premyer Liqanın dördüncü turunda «Qarabağ»a səfərdə 1:0 hesabıyla qalib gələn komandasına böyük məbləğdə mükafat ödəyib.

Otto Conun penaltidən vurduğu qolla qələbə qazanan qərb təmsilçisinin futbolçuları ümumilikdə 80 min manat irəli düşüb.

Tovuz klubu 4 turdan sonra turnir cədvəlinin lideridir. Büdcəsini artırılan və avrokuboklara iddia edən kollektivin aktivində 10 xal var.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti