Premyer Liqanın sürpriz lideri var.
O komanda nə «Qarabatğ»dır, nə «Neftçi», nə «Zirə», nə də «Sabah».
O komanda «Turan Tovuz»dur. Kurban Berdiyev hazırda Azərbaycanda çalışan ən ödənişli iki məşqçidən biridir.
Bu siyahıda yalnız Qurban Qurbanovdan geri qalır.
Berdiyevin aylıq qazancının 30 min dollar təşkil etdiyi deyilir. Deyilir, amma bu rəqəm həqiqətlə uzlaşmır. Gerçək maaşı göstərilən məbləğdən qat-qat artıqdır.
Berdiyev aldığı pulun qarşılığını nəticəylə vermək istəyir. O, Mirça Luseçku ilə eyni qabdan yemək yeyib.
Berdiyevin fəlsəfəsi sadədir: komandasından böyük qüvvə ilə müdafiəyə qapanmağı, sürətli əks-hücumlarla qol aramağı tələb edir.
Bu tərz geridə qalan müddətdə özünü doğruldub. «Turan» qapısından top buraxmayıbsa və 10 xalla turnir cədvəlinə başçılıq edirsə, yeni baş məşqçinin sinəsini irəli verib, Ehtiram Quliyevin qarşısında əlində təsbeh oynatmağa haqqı çatır.
Bu, ovaxtadək davam edəcək ki, rəqiblər «Turan»ı ciddiyə alacaq, ona qarşı «bir nömrə» ilə oynatmağı tərgidəcəklər.
Məşqçi nə qədər təcrübəli və savadlı birisidirsə belə, əgər heyətdə zəif futbolçular çoxluq təşkil edirsə, mütləq bu seriya bir yerdə qırılacaq, həmin tarixdən də eniş başlayacaq.
KAMİL