«Neftçi»nin əsas heyətindən uzaqlaşdırılan Qara Qarayev karyerasını əyalətdə davam etdirə bilər.
Roman Qriqorçukun xidmətindən imtina etdiyi yarımmüdafiəçi «Turan Tovuz»un maraq dairəsindədir.
Qərb təmsilçisinin idarəçiləri onun mümkün transferini müzakirə etmək üçün menecerlərlə bir sıra görüşlər keçirib.
Burada məlum olub ki, millinin sabiq üzvü «Turan»ın formasını geyinmək üçün 200 min dollar istəyib. Bu isə «Neftçi»də qazandığı illik puldan 50 min azdır.
Qarayev bir müddətdir «ağ-qaralar»ın əvəzedici heyətinə göndərilib. Paytaxt klubu 2023-cü ilin yayında «Qarabağ»dan dəvət etdiyi futbolçuya müqaviləni ikitərəfli şəkildə pozmağı təklif edib.
SPORTİNFO.AZ