COP29

Premyer Liqamızda 16 qola imza aidı, 200 minlik kontrakta razılaşdı

23 Avqust 2024 14:40 Turan 1 237
Premyer Liqamızda 16 qola imza aidı, 200 minlik kontrakta razılaşdı

"Turan Tovuz"un sabiq legioneri Runi Eva növbəti dəfə klubunu dəyişib.

2023-cü ilin yayında Azərbaycandan ayrılan və Bolqarıstana yollanan, "ÇSKA 1948"lə müqavilə imzalayan, buu ilin yanvarında Çin Super Liqasına üz tutan hücumçu "Meyçyou Hakka" ilə vidalaşıb.

Halbuki çinlilər 27 yaşlı forvard üçün Bolqarıstan klubuna 120 min avro təzminat ödəmişdi.

İndi o, karyerasını İranda davam etdirəcək. Kamerunlu «Mesrafsanjan»la 1 illik müqavilə imzalayıb. Afrikalının Azərbaycanla həmsərhəd ölkədə illik gəliri 200 min dollar olacaq.

Azərbaycanda qəpik-quruş qazanırdı, indi isə 250 min… FOTO

2022/2023 mövsümündə "Turan Tovuz"da 16 dəfə fərqlənən Eva 2023-cü ilin yayında azad agent statusu ilə "ÇSKA 1948"ə üz tutub. O. Sofiya komandasının heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol vurub.

Afrikalı Azərbaycanda ayına 5500 dollar qazanıb. Bolqarıstanda 12 min dollar aylıq maaş alıb.

Asiya ölkəsində isə illik gəliri 250 min avro təşkil edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti