COP29

Kurban Berdiyev daha bir qadağa qoydu – Gözüm kimsəni görməsin!

21 Avqust 11:40 Turan 6 197
Kurban Berdiyev daha bir qadağa qoydu – Gözüm kimsəni görməsin!

«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev burada öz qayda-qanunlarını tətbiq etməkdədir.

Rusiyalı mütəxəssis kluba daha bir qadağa gətirib.

O, komandanın məşqi zamanı stadionun qapadılmasını istəyib. Türkmən kökənli çalışdırıcı keçdiyi hazırlıq prosesinin kənar şəxslər tərəfindən izlənilməsinə icazə verməyib.

Berdiyevin bu qadağası «Turan»ın ofis işçilərinə və akademiyada fəaliyyət göstərən məşqçilərə də aiddir.

Təcrübəli sükançı ondan ehtiyatlanır ki, kimsə gizlicə telefon çəkilişi edər və rəqiblərə ötürər. Başqa sözlə, «Rubin»in sabiq baş məşqçisi işini hər mənada ehtiyatlı tutmaqdadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…