COP29

“Turan”da fərqli dönəm başladı - Son 4 mövsümdə ilk dəfə

19 Avqust 13:40 Turan 904
“Turan”da fərqli dönəm başladı - Son 4 mövsümdə ilk dəfə

“Turan Tovuz” Azərbaycan Premyer Liqasında yubiley qələbəsini qazanıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Kurban Berdıyevin yetirmələri III turda “Kəpəz”i səfərdə məğlub edib – 3:0.

Bu, Premyer Liqada 3-cü mövsümünü keçirən klubun 75-ci matçı və 25-ci qələbəsi olub. “Turan Tovuz” evdə 13, səfərdə 12 dəfə qalib gəlib.

Qərblilər cari mövsüm ilk üç turda qol buraxmayıb. Bu, son 4 mövsümdə ilk belə seriyadır.

Çempionatın ilk üç oyununda qol buraxmayan sonuncu komanda “Şamaxı” olub. Daha əvvəl “Keşlə” adlanan klub üçün 2020/2021 mövsümünün startı uğurlu alınıb.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…