COP29

Xoş mənzərədə Berdiyevi narahat edən ƏSAS SƏBƏB

19 Avqust 17:00 Turan 1 201
Xoş mənzərədə Berdiyevi narahat edən ƏSAS SƏBƏB

Yeni mövsümə əla start verən "Turan Tovuz" arxada qalan 3 turda aktivinə 7 xal yazdıra bilib.

Rəqib qapılarından 4 top keçirən bölgə klubu öz qapısını toxunulmaz saxlayıb.

Amma vurulan 4 qola rəğmən baş məşqçi Kurban Berdiyevin hücum xəttindən tam razı qaldığını demək olmaz.

Əbəs deyil ki, əcnəbi mütəxəssis rəhbərliyə yeni forvard alınması barədə göstəriş verib.

Hazırda bu istiqamətdə axtarışlar sürətlə aparılır. Danışıqların aparıldığı bir neçə forvard var.

Qısa müddətdə yekun seçim ediləcək.

Xatırladaq ki, indiki halda Berdiyevin sərəncamında iki hücumçu - Otto Con və Aleks Souza yer alıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…