COP29

"Məndən tələb olunanları reallaşdırmağa çalışıram"

19 Avqust 01:50 Turan 507
"Məndən tələb olunanları reallaşdırmağa çalışıram"

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 3-cü turunda "Kəpəz"i 3:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, qərb təmsilçisinin moldovalı müdafiəçisi Denis Marandiçi sualları cavablandırıb.

- "Kəpəz" həmişəki kimi güclü rəqibdir. Onlar bizim üçün çətin rəqib sayılır. Çempionatda bütün komandalar bir-biri ilə başa-baş mübarizə aparır. Rəqibdən çox üstün olduğumuzu deyə bilmərik. Asan oyun olmadı.

- Ötən mövsümlə müqayisədə heyətdə böyük dəyişiklik yoxdur. Oyun planında nə dəyişib?

- Əlbəttə ki, hər bir baş məşqçinin öz fikri, ideyası var. Kurban Berdıyevin də həmçinin. Çalışırıq ki, bizdən istədiklərini meydanda göstərək.

- Yeni baş məşqçinin fəlsəfəsinə uyğunlaşmaq prosesi necə gedir?

- Yeni sistemə öyrənməyə çalışırıq. Düzdür, bu, bir az vaxt alacaq. Şübhəsiz ki, səhvlər də qaçılmazdır. Həftələr keçdikcə daha da yaxşı olacağıq.

- Bir futbolçu olaraq Kurban Berdıyevin oyun planında özünü necə hiss edirsən?

- Cinah müdafiəçisi olaraq məndən tələb olunanları reallaşdırmağa çalışıram. Təxminən ötən mövsümdəki ilə eyni işdir. Amma yenə də sistemə uyğunlaşıram. İşimin öhdəsindən yaxşı gəlmək üçün səy göstərirəm.

- 3 oyuna 7 xal toplayacağınızı gözləyirdiz?

- Əlbəttə ki, komandama inanırdım. Bacardıqca çox xallar toplamalıyıq. Taktiki və texniki dəyərləndirmələri baş məşqçi edə bilər. Məşqçi bizə tapşırıqlar verir. Biz də onu meydanda maksimum şəkildə yerinə yetirməyə çalışırıq.

- Avrokuboklar uğrunda mübarizə aparan komandalar demək olar ki, eyni səviyyədədir. Belə gərgin mövsümdə "Turan Tovuz"un avrokubok şansını necə dəyərləndirirsən?

- Bəli, komandaların gücləri təxminən eynidir. İldən-ilə çempionat daha da güclənir, rəqabət artır. Bu, mübarizəni bir qədər də çətin edir. Amma avrokuboklara vəsiqə barədə indi nəsə deyə bilmərəm. Yaxşı olar ki, bu barədə məşqçilər fikir bildirsin. Biz hər oyuna qələbə üçün çıxırıq. Əsas məsələ də budur.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…