Tovuz şəhər stadionunun süni örtüyü təbii örtüklə əvəzlənəcək.
Və bu işdə AFFA "Turan Tovuz" rəhbərliyinə maddi yardım göstərəcək.
Federasiyanın yeni başqanı Rövşən Nəcəf bu barədə tapşırıq verib.
O, bildirib ki, bölgə klubunun rəhbəri Ehtiram Quliyev şəxsi vəsaitindən futbola pul xərcləyir.
Futbolumuzda isə belə şəxslər çox azdır.
Ona görə də bu cür insanlara federasiyanın dəstək göstərməsi vacibdir.
İşlərin bu ilin sonuna kimi start götürməsi planlaşdırılır.
XANOĞLAN / SPORTİNFO.AZ