COP29

Yenilənən “Turan”ın bu il üçün hədəfi açıqlanndı

17 Avqust 16:40 Turan 1 086
Yenilənən “Turan”ın bu il üçün hədəfi açıqlanndı

“Hədəf, yaxud mövsümün sonundakı vəziyyət haqda danışmaq üçün tezdir.

Çempionatın gedişatı və sonu bütün suallara aydınlıq gətirəcək”.

“Turan Tovuz”un legioneri Alexandro Serrano Sportinfo.az-a açıqlamasında bölgə təmsilçisinin qarşısında duran hədəflə bağlı sualı cavablandırıb.

İspan yarımmüdafiəçi konkret fikir bildirməkdə çətinlik çəksə də, söylədiklərindən bölgə təmsilçisinin avrokuboklara vəsiqəni nişan aldığını müəyyən etmək çətin deyil:

“Sizi inandırım, Premyer Liqada mübarizə aparan komandaların demək olar hamısı avrokuboklara vəsiqə qazanmaq istəyir.

Lakin sonda biri Çempionlar Liqasına, yerdə qalan üç komanda digər turnirlərə vəsiqə qazanır.

Təbii ki, bizim də məqsədimiz var. İlk növbədə möhkəm komanda olub, öz oyun üslubumuzu aşılamalıyıq. Bunun üçünsə müəyyən zamana ehtiyac var.

Ən yaxşısı üçün mübarizə aparacağıq. Mövsümün sonunda çempionatı hansı yerdə bitirəcəyimizi, avrokuboklara vəsiqə qazanıb-qazanmayacağımızı görəcəyik. Başlıca məqsəd hər matçdan qələbə ilə ayrılmaqdır”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…