COP29

Azərbaycana gəldi, tovuzluları gördü, azarkeşlərə səsləndi

16 Avqust 21:20 Turan 1 140
Azərbaycana gəldi, tovuzluları gördü, azarkeşlərə səsləndi

“Turan Tovuz”un “Sumqayıt” üzərində əldə etdiyi qələbədə İvan Konovalovun əməyi az olmadı.

Bir neçə dəfə komandasını real qoldan xilas edən rusiyalı qapıçı “çərçivə”də inamlı çıxışıyla alqış qazandı.

Kifayət qədər yorğun görünən, buna baxmayaraq Sportinfo.az-a danışan 29 yaşlı kiper öncə 90 dəqiqəni şərh edib:

“Fiziki planda çox ağır oyun oldu. Təbii örtükdən sonra “sintetika”ya keçmək bütün hallarda özünü göstərir.

Rəqib də döyüşkən kollektivdir. Həm özləri böyük güc sərf etdilər, həm də bizi buna məcbur etdilər. İstər fiziki baxımdan olsun, istərsə də psixoloji.

Xüsusən ikinci hissədə top daha çox rəqibdə olurdu deyə, artıq güc sərf etmək lazım gəlirdi”.

İvan tibunalarda gördüklərindən məmnun qaldığını deyərək, buna görə azarkeşlərə minnətdarlığını bildirib:

“İnanılmaz dərəcədə möhtəşəm göründülər. Demək olar susmadılar.

Sizin vasitənizlə hər birinə “çox sağ olun” deyirəm. Bu cür dəstək altında oynamaq həqiqətən zövq verir.

Azarkeşləri yanında görəndə, meydanı yırtmaq istəyirsən.Fikrimcə, qazandığımız qələbə onlara ən böyük hədiyyə oldu.

Növbəti matçlarda fanatlarımızı yenə yanımızda görmək xoş olacaq”.

Konovalov ölkəmizə gələnə qədər Rusiya ilə yanaşı, Serbiya, Belarus, Şotlandiya və Qazaxıstan çempionatlarında top qovub, “Rubin”də Berdıyevin rəhbərliyi altında çıxış edib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…