COP29

Klubda ik vəzifəyə təyinat oldu, digərlərinə xəbərdarlıq edildi

13 Avqust 14:40 Turan 1 680
Klubda ik vəzifəyə təyinat oldu, digərlərinə xəbərdarlıq edildi

«Turan Tovuz»da yeni təyinatlar gerçəkləşib.

Tovuz futbol akademiyasının direktoru vəzifəsindən uzaqlaşdırılan Nadir Nəbiyevi Eltay Aslanov əvəz edib,

Ülfət Mədətov isə koordinator postunda Rasim Əliyevin yerinə gətirilib.

Bundan sonra akademiya İdarə Heyətinin üzvü Əli Balakişiyevun birbaşa nəzarətində olacaq. Hamı ona hesabat verəcək.

Klub rəhbərliyinin bu sahəyə diqqəti də əvvəlki vaxtlardan fərqlənəcək. Məşqçilərin işinə məsuliyyətli yanaşması, daxili nizam-intizam kodeksinin icrası daim incələnəcək.

Akademiyada çalışanlara artıq bununla bağlı xəbərdarlıq edilib. Bildirilib ki, kim yeni tələblərə cavab verməsə, onunla yollar ayrılacaq.

Burada söhbət Nadir Nəbiyevin vaxtında işə cəlb olunan, onun vəzifəsindən kənarlaşdırılmasından sonra «mən də gedim, yoxsa qalım» tərəddüdünə düşən məşqçilərdən gedir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…