COP29

Kurban Berdiyevdən azarkeşləri üzən QADAĞA

11 Avqust 18:35 Turan 2 401
Kurban Berdiyevdən azarkeşləri üzən QADAĞA

Kurban Berdiyev "Turan Tovuz"a yeni qadağalar gətirib.

Məşqlər çox qapalı şəraitdə keçirilir.

Əcnəbi mütəxəssisin istəyinə əsasən hazırlıq əsnasında heç bir çəklişə icazə verilmir.

Bundan başqa kənar şəxslərin məşqlər zamanı arenaya girişi də qadağan olunub.

Bu, Bakıda belə idisə, Tovuzda da eyni şərtlər qüvvədə olub.

Uzun fasilədən sonra komanda dünən səhər saatlarında doğma rayona qayıdıb.

Berdiyevin kollektivi "Sumqayıt"la oyun öncəsi Tovuz şəhər stadionunda son məşqinə çıxıb.

Bu, həm də tanınmış mütəxəsssisin yerli publika ilə ilk görüşü olub.

Lakin heç də bütün azarkeşlər arenaya buraxılmayıb.

Kiçik istisnalarla tribunalar tərəfdarların üzünə bağlanıb.

Belədə fanatların Berdiyevi ilk dəfə yaxından görmək, məşqini izləmək istəyi reallaşmayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…