COP29

“Mənə görə bu sistem daha rahatdır” – İspan “Neftçi”ylə oyunu şərh etdi

11 Avqust 16:30 Turan 1 258
“Mənə görə bu sistem daha rahatdır” – İspan “Neftçi”ylə oyunu şərh etdi

“Turan Tovuz” cari mövsümə 1 xalla başladı.

Çətin Bakı səfərində 90 dəqiqə çətinliklə üzləşən bölgə təmsilçisi “Neftçi” ilə qarşılaşmada qapısının toxunulmazlığını qorumağı bacardı.

Komandasının ən yaxşılarından olan ispaniyalı yarıımüdafiəçi Alexandro Serrano Sportinfo.az-a açıqlamasında matçı dəyərləndirib:

“Çempionatın ən güclü komandalarından birinə qarşı səfərdə oynayırdıq. Üstəlik, müəyyən dəyişikliklərdən sonra ilk rəsmi matçımız idi.

Meydanın durumu kombinasiyalı oyun qurmağa, düşündüklərimizi ortaya qoymağa imkan vermədi. Buna baxmayaraq, heç-heçə etməyi bacardıq.

Qol imkanlarımızı dəyərləndirə bilsəydik, nəticə fərqli ola bilərdi. İstənilən halda “Neftçi”dən səfərdə alınan 1 xalı yaxşı nəticə kimi dəyərləndirirəm”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…