COP29

Berdiyevin planı - Sumqayıtda başlayıb, Masazırda davam, Tovuzda tamam

10 Avqust 22:20 Turan 746
Berdiyevin planı - Sumqayıtda başlayıb, Masazırda davam, Tovuzda tamam

"Turan Tovuz" Premyer Liqanın 2-ci turunda "Sumqayıt"ı qonaq edəcək.

Kurban Berdiyevin rəhbərliyi altında ilk dəfə doğma publika önündə meydana çıxacaq bölgə klubu matça hazırlığını başa vurub.

Nə qədər qəribə səslənsə də "Sumqayıt"la oyun üçün həftəlik məşq tskilı elə Sumqayıtda başlayıb.

"Kapital Bank Arena"nın yardımçı meydançasında iki gün hazırlıq keçən tovuzlular sonrakı günlər "Sabah"a məxsus "Bank Respublika Arena"nın ehtiyat meydançasına pənah gətiriblər.

Kollektiv doğma rayona isə qarşılaşmadan bir gün əvvəl - yəni bu gün yola düşüb.

Səhər saatlarında doğma rayona çatan kollektiv axşam məşqinə çıxmağa da fürsət tapıb.

Qısası, "Turan" ev oyunu öncəsi ev meydanında cəmi 1 məşqə çıxıb.

Bu da səbəbsiz deyil.

Türkmənistanlı mütəxəssis maksimum çalışır ki, futbolçuları süni meydana ayaq basmasın.

Növbəti ev oyunlarında da proqram məhz bu cür olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…