COP29

Kurban Berdıyev “Turan”ın gənclərini öz nəzarətinə götürdü – MÜHÜM HADİSƏ

9 Avqust 01:40 Turan 988
Kurban Berdıyev “Turan”ın gənclərini öz nəzarətinə götürdü – MÜHÜM HADİSƏ

Müasir futbolda işinə və işlədiyi yerə Kurban Berdıyev kimi yanaşan mütəxəssislərə az-az rast gəlinir.

Adətən məşqçilər daha çox çalışdığı komandanı düşünür, akademiya və uşaq futbolu kimi çətin sahənin problemlərindən uzaq durmağa çalışırlar.

Kurban Berdıyev bu mənada əksər həmkarlarından fərqlənən məşqçidir.

O, harada çalışıbsa, yalnız əsas komandanın yox, ümumilikdə klubun inkişaf etməsi üçün səy göstərib. Tanınmış mütəxəssis "Turan Tovuz"da da eyni yanaşmanı sərgiləyir.

Sportinfo.az sportal.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl əvəzedici heyətin oyununu izləməyə gedən Kurban Berdıyev öz qeydlərini aparıb, gənc futbolçuların hazırlığını əyani izləyib.

Əvəzedicilər liqasının ilk turunda "Turan Tovuz" səfərdə "Neftçi" ilə qarşılaşıb. Tovuz təmsilçisi 58-ci dəqiqədən etibarən azlıqda oynamasına baxmayaraq, 2-1 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti