Türkiyə toplanışını başa vuran «Turan Tovuz» doğma rayona qayıtmayıb.
Komanda artıq 3 gündür Bakıda məskunlaşıb.
Məkan olaraq «Qarabağ»ın Suraxanıda yerləşən bazası uyğun görülüb. Kurban Berdiyev isə yalnız bu gün özünü bura yetirib.
Demə, 72 yaşlı yeni baş məşqçi Türkiyədən birbaşa İspaniyaya yollanıb. Axı onun orada evi var.
İspaniyada ailə üzvləri ilə birlikdə dincələn çalışdırıcı səhər saatlarında geri dönüb.
SPORTİNFO.AZ