COP29

Müqaviləni 2 illik uzatdı, qazancı 20% artırıldı - ŞƏRTLƏR

29 İyul 17:00 Turan 1 183
Müqaviləni 2 illik uzatdı, qazancı 20% artırıldı - ŞƏRTLƏR

"Turan Tovuz" Roderik Millerlə müqaviləni uzadıb.

Panama millisinin də üzvü olan müdafiəçi 2025-2026-cı illər mövsümünün sonunadək Tovuz təmsilçisində çıxış edəcək..

Onun əvvəlki kontraktı 2025-ci ilin iyununa qədər idi.

Yeni sözləşməyə əsasən, Millerin illik qazancı 20 faiz artırılıb.

O, önümüzdəki sezonda 100 min dollar əldə edəcək. Bir sonrakı sezonda isə 120 min dollara sahiblənəcək.

R.Miller "Turan Tovuz"un heyətində Premyer Liqada 32 oyun keçirib və 6 qol vurub.

"Turan Tovuz" bu yay Şəhriyar Əliyev, Aleks Souza, Emmanuel Hakman, Alexandro Serrano, Ayxan Hüseynov, Sadiq Quliyev, Otto Con, Faiq Hacıyev, Eltun Turabov, Denis Marandiçi və Xəyal Nəcəfovla da müqaviləni uzadıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti