COP29

Bölgə klubunda narazılıq yaradan ayrılığın YENİ DETALLARI

29 İyul 19:40 Turan 1 135
Bölgə klubunda narazılıq yaradan ayrılığın YENİ DETALLARI

Nadir Nəbiyevin "Turan Tovuz"dan göndərilməsini bir neçə gün əvvəldən məlumat vermişdik.

Sabiq klub rəsmisi özü də mətbuata açıqlamasında faktı təsdiqləyib.

Nəbiyevin gedişi ilə bağlı isə yeni məlumatlar əldə etmişik.

Belə ki, 43 yaşlı funksioner hələ ötən mövsümün gedişində klubdan göndərilməli imiş.

Klubda idman direktoru vəzifəsini icra etdiyi dövrdən söhbət gedir.

Lakin klub daxilində bir sıra şəxslər rəhbərliyi inandıra bilib ki, qərar yanlışdır.

Nadir bəyin klub üzərində əməyi böyükdür. Ötənlərin tanınan forvardı həm də Tovuzdan olan sanballı futbol mütəxəssislərindən biridir.

Göndərilməsi yerli publikada ciddi narazılıq yarada bilər.

Məhz bu amili nəzərə alan klub başbilənləri Nəbiyevi idman direktoru postundan azad etsə də, klubda işinə davam etməsinə razılıq verilib.

O, məhz bundan sonra futbolunun inkişafı üzrə direktor vəzifəsində çalışmalı olub.

Aydın sezilirdi ki, əsas komandadan uzaq tutulan tovuzlu veteranla yaxın perespektivdə yollar birdəfəlik ayrılacaq.

Görünür, mövsümün əvvəli olması qərarın qüvvəyə minməsini şərtləndirib.

Axı bu gün azarkeşlər böyük ümidlə yeni mövsümün startını gözləyirlər.

Əlavə təzyiq, tənqid hələ yada düşmür.

Qısası, Nəbiyevin göndərilməsi üçün arzuolunan fürsət əldən verilmədi.

Beləcə yeni vəzifənin ömrü 8 ay çəkib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti