COP29

"Neftçi"nin rəqibi "Qarabağ"a pənah apardı

28 İyul 19:00 Turan 3 460
"Neftçi"nin rəqibi "Qarabağ"a pənah apardı

"Turan Tovuz" 2 gün əvvəl yeni mövsümə hazırlığın Türkiyə mərhələsini başa vurub vətənə qayıtdı.

Kurban Berdiyevin komandası ilk turda qarşılaşacağı "Neftçi" ilə matçın hazırlığını Bakıda davam etdirir.

Növbəti matçların hazırlığı da burada keçiriləcəkmi?

Bu barədə dəqiq nəsə demək çətindir.

Çünki Ağdam klubu "Turan"a yalnız qarşıdakı 1 həftə üçün meydançadan istifadə etmək icazəsi verib.

Bakı Olimpiya Stadionun (BOS) xidmətindən istifadə etməsinə alışdığımız bölgə klubu bu dəfə "Qarabağ"ın bazasına üz tutub.

Qərb təmsilçisi ağdamlıların Suraxanıda yerləşən bazasının yardımçı meydançasından istifadə edir.

Bu, gələcəkdə də

BOS-un qapılarının klublarımızın üzünə bağlanmaq səbəbi noyabrda ölkəmizdə keçiriləcək "COP29" tədbiridir.

Sayca 29-cu olan tədbirin hazırlıqlarına indidən start verilib və bu proses dekabra qədər davam edəcək.

3 avqust "Neftçi Arena"da keçiriləcək "Neftçi" - "Turan Tovuz" matçının start fiti 18:30-da veriləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...