COP29

Rayon klubunda böyüyən hədəf, artan büdcə nəyə mane oldu?

20 İyul 16:00 Turan 1 412
Rayon klubunda böyüyən hədəf, artan büdcə nəyə mane oldu?

Tovuz şəhər stadionunun süni örtüyü olduğu kimi qalacaq.

Ən azı yeni mövsüm üçün plan belədir.

Halbuki daha əvvəl klub rəsmiləri qazonu təbii örtüklə əvəzləmək barədə düşünürdü.

Hətta ötən mövsüm başa çatandan sonra işlərə start verilməli idi.

Lakin plan dəyişib.

Hazırda Tovuz şəhər stadionun xidmətindən əsas komandadan əlavə əvəzedici komanda və akademiyanın digər yaş qrupları da istifadə edir.

Düzdü, bu məqamın da örtüklə bağlı istəyin təxirə düşməsində rolu olub.

Lakin əsas maneə maliyyədir.

Bilirik ki, tanınmış mütəxəssis Kurban Berdiyevi baş məşqçi postuna gətirən Tovuz təmsilçisində hədəflər də böyüyüb.

Bu isə təbii ki, büdcə artımına getmək deməkdir.

Belədə klub rəhbərliyi arena ilə bağlı işləri arxa plana atmalı olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?