COP29

Əgər o, qalsa... "Turan”a yalnız başucalığı gətirər

16 İyul 14:00 Turan 1 005
Əgər o, qalsa... "Turan”a yalnız başucalığı gətirər

Nadir Nəbiyev Azərbaycan futbolunda iz qoymuş adlardan biridir.

Tovuz futbolunun yetirməsi karyerasına elə doğma klubda başlayıb.

1995-ci ildən "Turan"da peşəkar karyerasına start verən Nadirov 2001-ci ilədək Tovuzda top qovub. 2004-cü ildə yenidən “Turan”a qayıdıb.

Premyerliqa tarixinin ən rəqabətli mövsümündə "boz qurdlar"la son turadək çempionluq uğrunda mübarizə aparıb.

Bundan bir mövsüm öncə o artıq “Neftçi” ilə Azərbaycan çempionu olmuşdu. Nəbiyev karyerasının sonlarında yenidən “yuva”ya qayıtdı. O, 2012-ci ildə "Turan"da futbolla vidalaşdı. Ancaq oyunçu kimi...

Milli komandada 27 oyun keçirmiş, klublarımızın heyətində ümumilikdə 100-dən artıq qol vurmuş Nadir Nəbiyev indi klub funksioneri kimi fəaliyyət göstərir. Futbolçu kimi doğma rayona fayda vermiş Nəbiyev uzun illərdir ki, klub rəsmisi kimi Tovuzda futbolun yaşaması və inkişafı üçün böyük əmək sərf edir.

Məhz onun nəzarəti altında 9 il "Turan Tovuz" 1-ci liqada fəaliyyət göstərib. Bu, o dövr idi ki, klub borc bataqlığında üzdüyü üçün yenidən təsis edilmiş və yalnız AFFA-nın dəstəyilə ayaqda qalmışdı.

Hər il çox az büdcəylə yuxarı pillələr uğrunda mübarizə aparmaq böyük cəsarət və hədsiz fədakarlığın nəticəsiydi.

Əlbəttə, bu işdə Nəbiyevin rolu danılmazdır. Çünki bu mütəxəssisin həm insan, həm də futbolçu kimi müsbət imic formalaşdırması yuxarı dairələrdə etibarlı adam portretini yaratmışdı.

Məhz onun şəxsiyyəti AFFA-nın Tovuz futboluna maddi dəstək verməsində ciddi rol oynamışdı.

Başda Nəbiyev olmaqla, Tovuz futbolunun fədailərinin gərgin səyi nəticəsində böyük futbol bu rayona qayıtdı. Y

enidən elitanın qapısı “qurdlar”ın üzünə açıldı. Artıq sponsoru olan klubun maddi sıxıntıları keçmişdə qalıb.

Düzdür, yenə də vəziyyət güllük-gülüstanlıq deyil. Ancaq əvvəlki illərə baxanda klubun durumu xeyli yaxşılaşıb.

Əlbəttə, futbolçu potensialı böyük olan “Turan”ı çiynində daşıyanların əziyyətini unutmaq olmaz. Vaxtilə klubun cəfasını çəkənlərin indi səfasını da görməyə haqqları çatır.

Bütün hallarda hər bir klubda yerli mütəxəssislərin də çalışması çox vacibdir. Hər halda bu şəxslər doğma klubun inkişafı üçün daha çox təəssübkeşlik edir.

Bir sözlə, Nadir Nəbiyevlə yola davam etmək “Turan”a yalnız başucalığı gətirər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?