COP29

Kurban Berdiyev tanınmış şəxsi yanına apardı

14 İyul 14:25 Turan 3 107
Kurban Berdiyev tanınmış şəxsi yanına apardı

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyevin məşqçilər korpusunda növbəti təyinat baş tutub.

Cavid Hüseynovun ardınca daha bir azərbaycanlı əcnəbi mütəxəssisə yardım edəcək.

Söhbət Azərbaycan millisinin sabiq üzvü Ruslan Abışovdan gedir.

Veteran müdafiəçi Berdiyev üçün yad sima deyil.

Ruslan Abışov 2013-cü ilin fevralından 2014-cü ilin yayına qədər Rusiyada “Rubin” klubunun formasını geyinib. Həmin vaxt Kazan təmsilçisinə məhz Kurban Berdıyev rəhbərlik edib.

O, bundan başqa bu ilin əvvəli Berdiyevin çalışdığı “Dinamo”nun (Mahaçqala) Türkiyə toplanışına qatıllaraq məşqçi kimi təcrübə keçib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti