COP29

İcarədən qayıtdı, Berdiyevin məşqlərinə qoşuldu

7 İyul 21:15 Turan 1 540
İcarədən qayıtdı, Berdiyevin məşqlərinə qoşuldu

Son mövsümü "İmişli"də keçirən Mehman Hacıyev müqavilə ilə məxsus olduğu "Turan Tovuz"a qayıdıb.

O, bölgə klubunun Qəbələdə keçirilən toplanışında iştirak edir.

29 yaşlı qapıçı yeni mövsüm Kurban Berdiyevin sərəncamında olacaq.

Hacıyevin "Turan"la iki illik müqaviləsi qüvvədədir.

Qolkiper "İmişli"yə icarəyə verilmişdi.

Əslən Tovuzdan olan Mehman "Turan Tovuz" Birinci Liqada çıxış etdiyi dönəmdən bu klubda çıxış edir.

Onun Premyer Liqada cəmi 2 oyunluq təcrübəsi var.

Bu matçlar da ötən mövsüm baş tutan "Sabah" və "Zirə" matçlarına təsadüf edir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 11:20 Çox qazanacaqsız!
5 Oktyabr 08:40 "Sabah"da yeni oyunçu
5 Oktyabr 04:00 Qapmıza 6 qol vurdular
5 Oktyabr 02:40 Qazaxıstana məğlub olduq
5 Oktyabr 02:30 Nə vaxt qayıdacaqlar?