COP29

Tovuzlu azarkeşlər bu xəbərə SEVİNƏCƏK

9 İyul 23:40 Turan 1 253
Tovuzlu azarkeşlər bu xəbərə SEVİNƏCƏK

Tovuz şəhər stadionunda işıq dirəkləri ilə bağlı problem hələ də öz həllini tapmayıb.

Bu barədə klubdan məlumat əldə etmişik.

Amma yeni işıq dirəklərinin qurlaşdırılması üçün işlərə start verilib.

Dirəklər arenanın ərazisinə gətirilib.

Sadəcə yeni dirəklərin köhnələrin yerinə bərkidilməsi mümkün olmayıb.

Bu səbəbdən yeni beton qatının tökülməsi lazım gəlib.

Böyük ehtimal işlər yeni mövsümün startına kimi tam yekunlaşdırılacaq.

Bu isə o deməkdir ki, yerli publika sevimli komandalarının oyunlarını ilk turdanca axşam saatlarında izləyə biləcəklər.

Qeyd edək ki, 2023-cü il dekabrın 23-də Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində keçirilmiş “Turan Tovuz” - “Araz-Naxçıvan” matçı zamanı güclü küləyin əsməsi nəticəsində Tovuz şəhər stadionundakı işıq dirəklərindən biri aşıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti