COP29

Tanınmış mütəxəssisin Azərbaycandakı qazancı nə qədər olacaq?

5 İyul 23:40 Turan 1 695
Tanınmış mütəxəssisin Azərbaycandakı qazancı nə qədər olacaq?

Kurban Berdiyevin "Turan Tovuz"a səs-küylü təyinatı hələ də müzakirə olunmaqdadır.

Futbol ictimaiyyətinin əsas müzakirə etdiyi isə tanınmış mütəxəssisin bölgə klubunda qazancının nə qədər olmasıdır.

Mətbuatda müxtəlif rəqəmlər səslənir. Lakin yazılan rəqəmlər həqiqətdən çox uzaqdır.

Biz isə səhih mənbədən əsl həqiqəti özündə əks etdirən rəqəmi əldə etmişik.

Belə ki, 71 yaşlı mütəxəssisin ölkəmizdəki ilk ilində qazancı 150 min avro olacaq.

Lakin növbəti mövsümlər onun ortaya qoyacağı yaxşı iş bu məbləğin daha da artırılmasına yol açacaq.

Tovuz təmsilçisi ötən ay Berdiyevlə 2+1 illik müqavilə imzalayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:10 Çək və bizə göndər!
4 Oktyabr 11:00 Bir bax ki…TƏKLİF!
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq