COP29

“Neftçi”dən birdəfəlik aldılar: 11-ci TRANSFER - FOTO

1 İyul 00:50 Turan 3 319
“Neftçi”dən birdəfəlik aldılar: 11-ci TRANSFER - FOTO

"Turan Tovuz" Xəyal Nəcəfovu heyətinə qatıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son iki mövsümü Tovuz klubunda icarə əsasında keçirmiş yarımmüdafiəçi ilə 2+1 illik müqavilə bağlanılıb.

26 yaşlı futbolçu “Turan Tovuz”un heyətində Premyer Liqada 57 oyunda meydana çıxıb.

O, buna qədər "Neftçi"yə məxsus idi. 26 yaşlı futbolçu "ağ-qaralar"a isə 2021-ci il iyulun 1-də "Sumqayıt"dan keçmişdi.

"Turan Tovuz" bunadək Şəhriyar Əliyev, Aleks Souza, Emmanuel Hakman, Alexandro Serrano, Ayxan Hüseynov, Sadiq Quliyev, Otto Con, Faiq Hacıyev, Eltun Turabov və Denis Marandiçi ilə müqavilələrini yeniləyib.

Digər Xəbərlər
Xəbər Lenti