COP29

Sponsor Berdıyevin ispanlaşma tələbinə nə cavab verəcək? - AÇIQLAMA

30 İyun 19:00 Turan 2 102
Sponsor Berdıyevin ispanlaşma tələbinə nə cavab verəcək? - AÇIQLAMA

“Kurban Berdıyevin klub və akademiya quruculuğunda böyük təcrübəsi var.

Akademiya necə olmalıdır, necə qurulmalıdır, kimlər işləməlidir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un yeni baş məşqçisi Kurban Berdıyevi yaxından tanıyan azərbaycanlı futbol agenti Erkin İbrahimov deyib.

İbrahimovun iddiasına görə, əslən Türkmənistandan olan çalışdırıcının gəlişindən sonra bölgə təmsilçisinin akademiyasında ispan mütəxəssislər işləyəcək.

O, bunu tutarlı faktla əsaslandırıb:

“İndidən bilirəm ki, akademiya üçün ispanları gətirəcək. Təbii ki, büdcə imkan versə. Berdıyevin planındakı akademiyada əlaqələndiricidən tutmuş U-17 komandasının baş məşqçisinə kimi ispanlar olmalıdır.

Kurban bəy hesab edir ki, İspaniyada uşaq futbolunun inkişaf modeli dünyada ən effektiv metoddur. İspaniyalı uşaq məşqçiləri universaldırlar.

Hamıyla dil tapırlar, psixologiyanı dərindən bilirlər. Hətta gənc məşqçilər üçün nəzəri və praktiki məşğələləri də özü keçəcək. Çox sevir bu işi.

Ayxan Abbasov da klub quruculuğunda çox yaxşıdır. Sadəcə, bizdə yerli məşqçiylə əcnəbi çalışdırıcıya yaradılan şərait eyni olmur.

İstər milli komandalarda olsun, istərsə də yerli klublarda. Berdıyevin tələbləri kimi, ona ayrılan büdcə də başqa cür olacaq”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti