COP29

Berdıyevin “Dinamo”nu “Turan”a dəyişməsinin ƏSL SƏBƏBİ bəlli oldu

28 İyun 21:20 Turan 2 146
Berdıyevin “Dinamo”nu “Turan”a dəyişməsinin ƏSL SƏBƏBİ bəlli oldu

“Berdıyevin tələbləri hər zaman yüksəkdir.

Elə buna görə də Mahaçqala “Dinamo”sunun baş məşqçi postundan öz istəyi ilə getmişdi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un yeni baş məşqçisi Kurban Berdıyevi yaxından tanıyan azərbaycanlı futbol agenti Erkin İbrahimov deyib.

71 yaşlı mütəxəssis ötən mövsümə “Dinamo”da başlasa da, mövsümün gedişində öz istəyi ilə müşavir postuna keçmişdi.

Halbuki, komandanın Premyer Liqaya yüksəlmək şansları böyük idi və yekunda mahaçqalalılar istəklərinə çatdırlar.

Maraqlıdır, Kurban bəyi postu ilə vidalaşmağa nə məcbur etmişdi? Baş məşqçilikdən ayrıldıqdan sonra niyə müşavir kimi çalışmağa razılıq vermişdi?

İbrahimovun dilindən eşidək:

“Klub rəhbərliyi maliyyə sıxıntısı üzündən iki aparıcı futbolçunu satmışdı. Berdıyev razılıq vermədən rəhbərlik kluba pul qazandırmaq üçün futbolçu satırsa, çətin olacaq.

Məhz bu söhbətdən yaranan soyuqluğa, üstəgəl, maddi sıxıntıya görə baş məşqçi kimi qalmaq istəmədi.

Müşavir kimi qalmasının səbəbkarı klub prezidenti Hacı Hacıyev idi. Onlar illərin dostlarıdır, çox yaxındırlar .

Hacıyevə hörmət əlaməti olaraq mövsümün sonuna qədər “Dinamo”da qaldı. Bilinirdi ki, baş məşqçi işləmək təklifi olsa, oradan ayrılacaq.

Berdıyev təkcə “Dinamo”da yox, məhdud büdcəli “Rostov”da da nəticə verməyin mümkün olduğunu göstərmişdi. Komandanın Çempionlar Liqasındakı çıxışı yəqin ki, yadınızdadır. İstənilən şəraitdə nəticə verməy bacarır”.

“Turan Tovuz” Kurban Berdıyevlə 2+1 illik müqavilə bağlayıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 19:50 Çək və bizə göndər!
30 İyun 11:30 Sizə kifayət edəcək