COP29

Berdiyevə Bakıda söz verdi, Qəbələdə...

27 İyun 23:40 Turan 1 168
Berdiyevə Bakıda söz verdi, Qəbələdə...

"Turan Tovuz"un yeni baş məşqçisi Kurban Berdiyevin məşqçilər korpusunda yer alacaq yerli məşqçinin kimliyi dəqiqləşib.

Əldə etdiyimiz məlumata görə, bu şəxs Cavid Hüseynov olacaq.

Gənc mütəxəssislə danışıqlar müsbət nəticə verib.

Berdiyevlə görüşdən sonra düşünmək üçün vaxt istəyən çalışdırıcı qısa müddət sonra müsbət qərarını rəsmilərə açıqlayıb.

Bölgə klubu yeni mövsümün hazırlığına Bakıda start verib.

2 gün paytaxtda qalan kollektiv, ardınca Qəbələyə yola düşüb.

Hüseynov da adıçəkilən bölgədə keçirilən hazırlıqda yeni işinin icrasına başlayıb.

Cavid Hüseynov 2022-2023 mövsümündə "Şamaxı"da baş məşqçi səlahiyyətlərini icra edib. Komanda onun rəhbərliyi altında Premyer Liqada qalmaq vəzifəsini yerinə yetirə bilməyib.

O, arxada qoyduğumuz sezon isə ikinci liqa təmsilçisi "Cəbrayıl"da baş məşqçisi kimi çalışıb və bu komandanı Birinci Liqaya yüksəltməyi bacarıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 19:50 Çək və bizə göndər!
30 İyun 11:30 Sizə kifayət edəcək