COP29

35 yaşlı braziliyalı üçün nə qədər xərcə düşdülər? - Maliyyə DETALLARI

26 İyun 09:40 Turan 1 708
35 yaşlı braziliyalı üçün nə qədər xərcə düşdülər? - Maliyyə DETALLARI

"Sabah"dan ayrılan Kristian Da Silvanın karyerasını "Turan Tovuz"da davam etdirəcəyini xəbər vermişdik.

Braziliyalının paytaxtı bölgəyə dəyişməsi səbəbsiz deyilmiş.

Tovuz təmsilçisi 35 yaşlı legionerə bəlkə də karyerasının sonuncu ən yaxşı təklifini edib.

Belə ki, orta sahə oyunçusu burada ilinə 100 min dollar qazanacaq. Cənubi Amerikadan olan legionerin istəyi bununla bitməyib.

Onun qalmağa yeri, övladlarının təhsil haqqı və ölkəsinə gediş-qayıdış biletləri də klub tərəfindən qarşılanacaq.

Bu isə "Turan" rəhbərliyinin əlavə 70-80 min dollar xərcə düşəcəyi deməkdir.

Da Silva 2022-ci ilin fevral ayından “Sabah”da çıxış edirdi. O, Masazır klubunda ümumilikdə 54 oyuna 2 qol vurub, 1 qol ötürməsi edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?