COP29

Berdiyevin məşqçilər korpusu ilə bağlı qərar NARAZILIQ YARATDI

25 İyun 09:40 Turan 2 785
Berdiyevin məşqçilər korpusu ilə bağlı qərar NARAZILIQ YARATDI

Kurban Berdiyevin "Turan Tovuz"un baş məşqçi postuna təyinatı rəsmiləşməmiş artıq yerli azarkeşlər arasında narazılıq yaranıb.

Yerli publikanın etirazına səbəb isə məşqçilər korpusunda tovuzlu mütəxəsisin yer almamasıdır.

Xəbər verdiyimiz kimi, bölgə klubunun rəhbərliyi Berdiyevdən məşqçilər korpusunda ən azı bir azərbaycanlı mütəxəssisin olmasını istəyib.

Bu məqsədlə "Cəbrayıl"ın çalışdırıcısı Cavid Hüseynov və "Qarabağ"ın sabiq kapitanı Maksim Medvedevə təklif də göndərilib.

Rəhbərliyin namizədlər arasında tovuzlu məşqçilərə yer ayırmaması tovuzlu fanatlara xoş gəlməyib.

Onlar klub rəhbəri Ehtiram Quliyevlə son görüşdə də bu məqamdan narazı qaldıqlarını açıq şəkildə onun diqqətinə çatdırıblar.

Heç olmasa Berdiyevin köməkçilərindən birinin tovuzlu olmasını gözlədiklərini açıqca dilə gətiriblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?