COP29

Azərbaycan klubunu gözləyən AYRILIQ DALĞASI

29 May 23:40 Turan 2 291
Azərbaycan klubunu gözləyən AYRILIQ DALĞASI

Ayxan Abbasovun “Turan Tovuz”dan ayrılması klub daxilində çətin vəziyyət yaradıb.

Yerli futbolçuların demək olar ki, hamısı ona görə bölgə klubunda çıxış etməyə razılıq vermişdi.

İl boyu yollarda qalmaq, yerli publikanın təzyiqinə tab gətirmək məcburiyyəti də Abbasova olan hörmətdən qaynaqlanırdı.

Təcrübəli mütəxəssisin gedişi onları da çətin duruma salıb.

Əksəriyyəti artıq klubdan ayrılan baş məşqçi ilə şifahi razılıq əldə edərək burada qalmağa razılıq vermişdi.

Mövsüm başa çatandan sonra istirahətə yollanan futbolçular növbəti mövsümlə bağlı planlarını Qərb təmsilçisi ilə qurduğu üçün qəfil gələn qərar onların da kefini pozub.

İndi bir çoxu aldığı təkliflərə geri dönüb.

Daha Tovuzda qalmaq barədə düşünmürlər.

Hətta burada aldıqları maaşdan bir qədər aşağı miqdara belə razı olub paytaxt klublarından birinə qayıtmağı götür-qoy edənləri belə var.

Əcnəbi futbolçular da Ayxan Abbasovun gedişindən məmnun deyillər. Sadəcə əksəriyyətinin klubla müqaviləsinin davam etməsi onların əl-qolunu bağlayır. Lakin gəlmələrdən də ayrılanların olacağı qaçınılmazdır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?