COP29

Mətbuatla ünsiyyəti sevməyən braziliyalı hücumçudan “inşallah” açıqlaması

29 May 23:00 Turan 1 045
Mətbuatla ünsiyyəti sevməyən braziliyalı hücumçudan “inşallah” açıqlaması

“Turan Tovuz”un cari mövsümdə göstərdiyi məhsuldarlıqda hücum potensiallı futbolçuların rolu az olmadı.

Qış fasiləsində komandaya cəlb olunan Aleks Souzanın ümidləri artıqlaması ilə doğrultduğunu deyə bilərik.

Düzdür, bəzi matçlarda təcrübəsinin azlığı daha yaxşı olmasını əngəllədi. İstənilən halda 18 oyunda vurulan 6 qol və 6 məhsuldar ötürmə braziliyalı hücumçunun aktivinə yazılmalıdır.

Mətbuatla ünsiyyəti sevməyən Souza sonuncu turda komandasının “Kəpəz” üzərində qazandığı 1:0 hesablı qələbə haqda Sportinfo.az-a qısa açıqlama verib:

“Turan Tovuz”un adına özümü xoşbəxt hiss edirəm. Fikrimcə, yaxşı mövsüm keçirdik.

Düzdür, daha yaxşı ola bilərdi. Üzüldüyüm əsas məqam avrokuboklara vəsiqə qazana bilməməyimizdir. İnşallah, növbəti mövsüm bacararıq”.

Aleks növbəti mövsümdə “Turan Tovuz”da qalıb-qalmayacağı ilə bağlı sualı bu cür cavablandırıb: “Bilmirəm, bilmirəm, bilmirəm”.

22 yaşlı hücumçunun bölgə təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?