COP29

Azərbaycanlı klub sahibindən hər kəsi təəccübləndirən QƏRAR

9 May 23:00 Turan 3 810
Azərbaycanlı klub sahibindən hər kəsi təəccübləndirən QƏRAR

Son günlərin əsas müzakirə mövzusu Əvəzedici Liqanın yeni mövsüm ləğv edilib-edilməyəcəyidir.

Günlərdir məsələ mətbuatda müzakirə olunur.

Bizlər yazırıq, mütəxəssislər danışır. Ki, bu liqanın hazırkı məqamda fəaliyyətini dayandırması yersiz qərar olar.

Deyəsən, iradlarımızın, tənqidlərimizin müəyyən faydası dəyib.

Artıq İcraiyyə Komitəsindən müsbət siqnallar almaqdayıq. Böyük ehtimal adıçəkilən liqa yeni mövsümdən də fəaliyyətini davam etdirəcək.

Məni bu məsələdə üzən bir də başqa məqam oldu – Ehtiram Quliyevin mövqeyi. Buna özlüyündə verdiyi qərar da deyə bilərik.

Əldə etdiyimiz məlumata görə, Klublar Komitəsinin iclasında bu təklif ilk olaraq “Turan Tovuz” klubunun İdarə Heyətinin sədrindən gəlib. Halbuki biz bunu başqa klublardan gözləyirdik. “Turan” rəhbərliyinin ortaya belə mövqe qoyacağı ağlıma da gəlməzdi.

“Huner Group”un təsisçisi ötən ilin fevral ayından bölgə klubunun baş sponsorudur.

Məhz Quliyevin gəlişindən sonra xeyli dirçələn Qərb təmsilçisində bir sıra mütərəqqi addımlar atılıb.

İnfrastrukturun yaxşılaşdırılması yolunda Tovuz şəhər stadionunda tablo qurlaşdırılıb, işıq dirəkləri bərpa edilib.

Akademiya üçün əlavə bina tikilir. İcarəyə götürülən yeni ərazidə klub üçün müasir standartlara cavab verən bazanın inşası nəzərdə tutulub.

Bütün atılan bu və bu qəbildən olan addımlar alqışalayiqdir.

Amma bu qədər müsbət qərarların fonunda Əvəzedici Liqanın ləğv edilməsini təklif etməyi, açığı Ehtiram müəllimə yaraşdırmadım. Və haqlı olaraq onun bu addımı bir çox futbol adamlarının təəccübünə səbəb oldu.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 04:10 Xəzərdə zəlzələ oldu