COP29

Buna nə sözünüz, gətirmir də… Tovuza yadlaşan komanda

1 Oktyabr 2023 22:40 Turan 666
Buna nə sözünüz, gətirmir də… Tovuza yadlaşan komanda

Çox «Turan», «Turan» deyirlər. Amma məncə, Tovuzda bu kluba illər öncəki sevgi, öncəki istək, öncəki maraq yoxdur.
Bunu birinci növbədə tribunalardakı böyük boşluqlardan görmək olar. Vaxt var idi, «Neftçi»nin hər gəlişi Tovuzu bayram yerinə çevirərdi. Stadionda iynə atsan, yerə düşməzdi. I Qarabağ müharibəsinin ən gərgin zamanlarında, əraziyə «Qrad»ların düşdüyü o illərdə buradan insan seli keçərdi.
İndi «Turan»da çox şey düzəlib, sponsor gəlib, arena, baza yenilənib. Heyhat, o azarkeş yoxdur, o dəstək yoxdur. Yolunu stadiondan salanların əksəriyyəti isə hakimin final fitini gözləmədən tribunanı tərk edir.
Mənə elə gəlir ki, «Turan» Tovuz üçün yadlaşıb. Komandanın ev oyunlarında mənfi saldosu şəxsən məndə bu rəyi yaradıb. Əvvəlki dəstək və istək olsaydı, «Turan» doğma məkanda «buynuz» çıxarardı, day hamıya uduzmazdı. Azərbaycanda rəqib qalmayıb ki, Tovuzdan 3 xal aparmasın.
Deyək ki, «Turan» Tovuzda zəif oyun göstərir, qol vəziyyətləri yarada bilmir, xeyr. Üstün keçirdikləri qarşılaşmaları ya yenik bitirirlər, ya da heç-heçə edirlər.
«Neftçi» ilə qarşılaşmada «Turan»ın qaçırdığı epizodlara nə deyəsən!! Son 4-5 dəqiqədə qapı xəttinin üstündən çıxarılan toplara nə sözünüz?! Qardaş, «Turan»ınkı gətirmir də burada, gətirmir!

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti