COP29

“Boavişta”nın sabiq müdafiəçisi 2 il Azərbaycan klubunda

11 Sentyabr 2023 09:40 Turan 4 379
“Boavişta”nın sabiq müdafiəçisi 2 il Azərbaycan klubunda

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Turan Tovuz”ın anlaşdığı legionerlərin sayı 11-ə çatıb.

Bölgə təmsilçisi bu dəfə Emmanuel Hakmanı sıralarına qatıb.

Bu gün Azərbaycana gələcək 28 yaşı müdafiəçi 2 illik rəsmi müqaviləyə imza atacaq.

Toqo yığmasının da şərəfini qoruyan arxa xətt oyunçusu son olaraq Serbiyada “Novi Sad”ın uğurları üçün tər töküb. Afrikalı daha öncə Portuqaliyada “Jil Visente”, “Portimonense” və “Boavişta”nın formasını geyinib.

Hakman hazırda azad agent statusu daşıyır. Tovuzluların baş məşqçisi Ayxan Abbasov ona aylar öncə göz qoysa da, transfer yalnız bugünlərdə baş tutub.

Toqolu Avropanın bir neçə klubu ilə danışıqlar aparıb, lakin oxu hər dəfə daşa dəydiyindən, Azərbaycanın yolunu tutub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti