Milli komandaların oyunları ilə bağlı Premyer Liqada yaranmış fasilədən istifadə edən "Sabah" yoxlama oyununda qüvvəsini sınayıb.
Murad Musayevin rəhbərlik etdiyi kollektiv "Turan Tovuz"la qarşılaşıb.
"Bank Respublika Arena"da baş tutan matç qərb bölgəsi təmsilçisinin 3:2 hesablı qələbəsiylə başa çatıb.
"Turan Tovuz"un qollarını Belajdi Pusu (2) və Oto Con vurub. "Sabah"ın heyətində isə Davit Volkov və Kahim Parris fərqlənib.
Yoldaşlıq görüşü olsa da, tovuzlu azarkeşlər dogma komandalarını Masazırda tək buraxmayıb.
Uzun yol qət edərək rayondan gələn fanatlar “Turan”a 90 dəqiqə dəstək verib və bu görüntülər social şəbəkələrdə böyük rəğbətlə qarşılanıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: