COP29

Debütant Panama yığmasının müdafiəçisini hansı məbləğə razı salıb?

23 Mart 2023 23:40 Turan 945
Debütant Panama yığmasının müdafiəçisini hansı məbləğə razı salıb?

"Turan Tovuz" Roderik Millerlə müqavilənin şərtlərini açıqlayıb.

Panamalı müdafiəçi ilə 3 ay + 1 il müddətində rəsmi müqavilə bağlanıb.

Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, sözləşmənin 1 illik növbəti hissəsi qüvvəyə minəcək.

“San Fransisko”nun yetirməsi olan Roderik Miller karyerası ərzində Meksikanın “Merida”, Kolumbiyanın “Atletiko”, Portuqaliyanın “Feyrense”,Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Stein”, İraqın “Al Kuva” və “Al Mina” klublarının formasını geyinib.

30 yaşlı mərkəz müdafiəçi Panamanın əsas millisində 30 oyun keçirib və 1 qol vurub. O, “Al Mina”dan azad agent statusu ilə gəlib.

Maliyyə problemləri ilə üzləşən İraq təmsilçisi yanvarda bütün legionerlərini sərbəst buraxıb.

Miller oyun praktikasının azlığtından əziyyət çəkdiyindən, hazırda fiziki cəhətdən hazır durumda deyil.

Arxa xətt oyunçusu formada olmamasının fərqindədir, odur ki, İraqda qazandığı puldan xeyli aşağı məbləğə Azərbaycana gəlməyə razılıq verib. onun burada 3 aylıq gəliri üst-üstə 15 min dolları ötməyəcək.

Gələn mövsüm isə bu məbləğ 2-2,5 dəfə arta bilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?