"Turan Tovuz" "SKA-Xabarovsk"un hücumçusu ilə maraqlanır.
Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, söhbət Kamran Əliyevdən gedir.
Tovuz təmsilçisi əslən Azərbaycandan olan forvardı transfer siyahısına daxil edib.
Ötən mövsümü "Sumqayıt"da keçirmiş, amma Azərbaycan pasportu ala bilməyən forvard hələ o vaxtdan "Turan Tovuz"un maraq dairəsində yer alıb.
26 yaşlı futbolçunun “SKA-Xabarovks”la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. O, "SKA-Xabarovsk"un heyətində 19 matçda 4 qol vurub.