Kurban Berdiyev «Turan Tovuz»da yenə ab-havanı gərginləşdirib.
Gəldiyi gündən rəhbərliyə öz iradəsini qəbul etdirən baş məşqçi bu dəfə Yunis Hüseynovu hədəf alıb.
Rusiyalı çalışdırıcı yaxınlarda özünə köməkçi götürdüyü Hüseynovdan şikayətçi düşüb. 72 yaşlı sükançı yerli yardımçısının komandaya münasibətindən deyil.
Berdiyev bildirib ki, Hüseynov özünü gündəlik iş rejimində çox sakit aparır, məşqlərdə aktiv iştirak etmir, üstəlik, futbolçularla yaxından ünsiyyət qurmur.
«Xəzər Lənkəran»ın sabiq çalışdırıcısı «Turan Tovuz»a ortaq tanışların vasitəsilə gəlib. İndidən görünür ki, burada işləmək heç də asan olmayacaq.
Berdiyev hər xırda nöqsana, çatışmazlığa görə aləmi bir-birinə qatır. O, bu gün daha aqressivdir.
Çünki rəhbərliklə münasibətləri «soyuq müharibə»nin şiddətini yaşayır. Hər addımda bir bəhanə axtarır ki, qapını Ehtiram Quliyevin üzünə çırpıb getsin.
İddiaları böyükdür, ona görə. İş adamının ona yaratdığı şəraiti yetərsiz sayır, daha çox şeylər istəyir.
SPORTİNFO.AZ