COP29

Baş məşqçi ilə problem yaşayan iş adamı yeni transferlərə kulli miqdarda vəsait ayırdı

13:00 Turan 1 122
Baş məşqçi ilə problem yaşayan iş adamı yeni transferlərə kulli miqdarda vəsait ayırdı

«Turan Tovuz»un qış fasiləsində yeni transferlərin edilməsinə ayırdığı vəsait məlum olub.

Avrokuboklara vəsiqə qazanmağa iddia edən əyalət təmsilçisi bu məqsədlə 600 min dollar xərcləyəcək.

Bu barədə klubdan redaksiyamıza məlumat verilib, Bildirilib ki, Ehtiram Quliyevin gücü yalnız bir belə məbləğə gücü çatır.

Həmçinin qeyd olunub ki, İdarə Heyətinin sədri Kurban Berdiyevə öz təklifini verib. Belə ki, rəhbər baş məşqçidən Araş Qaderinin düşərgədən göndərməyi tələb edib.

Quliyevin istəyi anlaşılandır. İranlı legioner komandanın ən yüksək ödənişli üzvüdür - bu yayın əvvəlində Azərbaycana gələn müdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.

Sabiq «Traktor»lunun illik məvacibi 200 min dollardır. Sədr Arazın o tayından dəvət olunmuş Araşla sözləşməyə xitam verilməsi halında qalan pulu da yeni futbolçuların alınmasına ayırmağa hazırdır.

İndi Ehtiram Quliyevi də, yaxınlarını da bir sual düşündürür - görəsən, «Baba» onların ayırdığı vəsaitlə, verdiyi təkliflə razılaşacaqmı?

Sandığın qapağı dekabrın sonunda açılacaq və onda bilinəcək ki, 72 yaşlı çalışdırıcı nə fikirdədir.

Hələlik o məlumdur ki, rusiyalı mütəxəssis «göylə gedir». Berdiyev yeni ilə ən azı 2 yeni transferlə başlamağa təkid edir.

Berdiyevin alınmasını israrla istədiyi legionerlərin qiyməti həqiqətən Quliyevin «əlini yandırır». Onlardan hücumçu 1 milyon dollar, yarımmüdafiəçi 800 min dollar dəyərindədir.

Baş məşqçi yaxın dostluq münasibəti saxladığı menecerin futbolçularını hər nə yolla olursa olsun, «Turan»a gətirmək fikrindədir.

Sədr də oturub baş sındırır ki, mən bu dar macalda 1,8 milyon dolları haradan və kimdən tapım? O, əmindir ki, bu qədər pulu həmin əcnəbilərə ödəsə, komandada balans pozulacaq, əhval-ruhiyyə daha da korlanacaq.

Berdiyev isə başqa haydadır, öz «hava»sını çalır. Hətta indidən rəhbərliyə bəyan edib ki, üzərində dayandığı legionerləri Azərbaycana gətirmək mümkün olmasa, o özü şələ-küləsini qoltuğuna vurub buradan çıxıb gedəcək.

Bax, «Turan»da son vəziyyət bundan ibarətdir!

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 20:20 AFFA məhkəməyə verildi
21 Noyabr 17:00 VAR, yoxsa YOX?