“İlk növbədə meydanda diqqətli davranmalıyıq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un hücumçusu Otto Con deyib.
Qərb təmsilçisi Premyer Liqanın ilk 14 həftəsində 27 xal toplayıb. Kurban Berdiyevin çalışdırdığı kollektiv turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Afrikalı legioner “bu yeri sona qədər qoruyub-saxlamaq üçün nə etmək lazımdır” sualına cavabında aşağıdakıları söyləyib:
“Bilirəm ki, tək biz yox, digər komandalar da medallar uğrunda mübarizə aparır. Diqqətli olub, başımızı aşağı salıb işimizi görməklə hədəfə çatmaq mümkündür.
Lakin maya hələ 7 ay var. İndidən nəsə demək çətindir. Zaman göstərəcək”.
Otto Con 2023-cü ilin yanvarından formasını geyindiyi bölgə təmsilçisində daxili yarışlarda meydana çıxdığı 51 oyunda 14 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.