İş adamı Ehtiram Quliyevin yeni mövsümdə «Turan Tovuz»a sərf etdiyi mükafat fondu 350 min manata çatıb.
İdarə Heyətinin sədri Premyer Liqanın 5-ci turunda «Səbail»ə evdə 1:0 hesabıyla qalib gələn komandaya 60 min manat verib.
Tikinti maqnatı «Sumqayıt»ı 1:0, «Kəpəz»i 3:0 hesabıyla udan kollektivə hər dəfə 60 min ödəyib. Suraxanıda «Qarabağ»ı 1:0 üstələyən qərb təmsilçisi ondan 100 min manat alıb.
Həmçinin ilk turda «Neftçi» ilə Bakıda qeydə alınan 0:0-a görə 70 min manat qazanıblar.
SPORTİNFO.AZ