COP29

Ehtiram Quliyev Kurban Berdiyevin üstündən "xətt çəkdi"? - ŞOK GÖRÜŞ!

17:40 Turan 1 729
Ehtiram Quliyev Kurban Berdiyevin üstündən "xətt çəkdi"? - ŞOK GÖRÜŞ!

Deyəsən, «Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev Ayxan Abbasovu Kurban Berdiyevlə əvəzləməsindən həqiqətən məyus olub.

İş adamı bu üzgünlüyünü Şamaxıda açıq-aşkar büruzə verib.

O, Premyer Liqanın 2:2 bitən 8-ci tur matçından sonra rəqib düşərgəyə üz tutaraq, Abbasovla görüşüb. Klubun rəhbəri gənc mütəxəssislə bir neçə dəqiqə ayaqüstü danışıb.

Bu zaman «Turan»ın bəzi rəsmiləri də onlara yaxınlaşıb və söhbətə qoşulub.

İdarə Heyətinin üzvü Əli Balakişiyev və digərləri «Şamaxı»nın hazırkı çalışdırıcısını gözəl komanda yaratması münasibətilə təbrik edib, yenidən bir yerdə işləmək variantına eyham vurublar.

Tovuz təmsilçisinin rəsmiləri Berdiyevdən narazılıqlarını dilə gətirməsə də, ona «biz birdəfəlik ayrılmamışıq» söyləyib.

Ayxan Abbasov 2022-ci ilin yayından bu ilin mayın 28-dək «Turan Tovuz»un sükanı arxasında olub. Qərb komandası qarşısına qoyduğu məqsədə onunla çatıb və Premyer Liqada mövqeyini saxlayıb, turnir cədvəlinin orta sıralarında qərarlaşıb.

Fəqət, Ehtiram Quliyev yatıb yuxusunda nə görübsə, qəfildən ayrılıq qərarı verib. Sədr heç bir səbəb göstərmədən baş məşqçi vəzifəsində dəyişiklik edib,

Ayxan Abbasovla hələ 2 ili qüvvədə olan müqaviləyə vaxtından əvvəl xitam verib və Kurban Berdiyevi görəvə gətirib. Sonuncu isə «Turan»a normal futbol oynatmasa da, Quliyevin əsəbləriylə «oynamaqdadır».

Rusiyalı çalışdırıcı burada hər gün bir problem çıxarır, rəhbərliyə etinasız yanaşır, yaradılan şəraiti qiymət vermir.

Bu azmış kimi, komanda son turlarda uğursuz çıxış edir, turnir cədvəlində mövqelərini tədricən itirir. 15 xal toplayan «qırmızı-göylər» hazırda 4-cü sıradadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 22:20 Problem tək Emindirmi?