COP29

İki tanınmış şəxs əyalətdə görüşdü – 20 dəqiqəlik söhbət

3 İyul 17:00 Turan 1 760
İki tanınmış şəxs əyalətdə görüşdü – 20 dəqiqəlik söhbət

Yığmanın baş məşqçisi Fernandu Santuş «Turan Tovuz»u çalışdıran Kurban Berdiyevlə bir araya gəlib.

Görüş birincinin Qəbələ səfəri zamanı gerçəkləşib.

«Qəbələ»nin bazası və infrastrukturu ilə yerində tanış olmaq üçün bölgəyə yollanan çalışdırıcı Tovuz komandasının hazırlıq prosesini izləyib, daha sonra rusiyalı həmkarıyla söhbətləşib.

Tərəflər təxminən 20 dəqiqə söhbət edib. Santus milli ilə bağlı düşüncələrini dilə gətirib, görmək istədiyi işlərdən danışıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti