![Atası "Real"da oynamış yarımmüdafiəçi "Turan"ın təklifini RƏDD ETDİ!](https://www.sportinfo.az/media/2025/02/09/serrano1_1733957955.jpg)
"Turan Tovuz"da ab-havanın pis olması əksər futbolçularda çaşqınlıq yaradıb.
Buradan getməyə hazırlaşanların siyahısı sürətlə böyüməkdədir.
Düşərgədən bizə verilən məlumata görə, Alexandro Serrano klub rəhbərliyinin istəyini rədd edib.
2023-cü ilin iyulundan etibarən ölkəmizdə legioner həyatı yaşayan ispaniyalı müqaviləni uzatmaq çağırışını geri çevirib. Baxmayaraq ki, ona 10 min dolların üstündə aylıq əməkhaqqı təklif olunub.
2023-cü ilin yayından bəri qərb komandasında forma geyinən Serrano ilk mövsümündə 8000 dollar maaş alıb. Hazırda isə onun məvacibi 9000 dollar təşkil edir.
Prineyli artıq "Neftçi" ilə əlaqə yaradıb. Bakılıların məşqçilərinə xəbər göndərərək, gələn mövsümdən ağ-qara formanı geyinmək istədiyini bildirib.
Kurban Berdiyevin düşərgədə yaratdığı cansıxıcı mühitdən narazı qalan "Alex" ləqəbli yarımmüdafiəçiyə "Neftçi"nin də maraq göstərdiyini deyək. Samir Abasov Oto Conla yanaşı, onun sərəncamında görmək niyyətindədir.
Serrano ölkəsinin U-19 millisinin keçmiş kapitanıdır. Mərkəz oyunçusu Azərbaycana Bolqarıstanın yüksək liqasından - "Habor"dan gəlib.
O, Barselonada dünyaya gəlib. İspaniyanın aşağı yaşlıalılardan ibarət millilərində, "Sportinq Xixon", "Malyorka", "Salamanka" və digər yerli klublarda çıxış edib.
28 yaşlı “Aleks" Bolqarıstandan qabaq legioner həyatına Polşada başlayıb, "Qurnik"də forma geyinib.
Onun atası Mino da İspaniya futbolunda tanınmış simadır. Ötən əsrin 80-90-cı illərdə "Real Madrid", "Sevilya", "Espanyol", "Malyorka" və başqa klubların şərəfini qoruyub.
SPORTİNFO.AZ