"Kurban Berdıyev "Turan Tovuz"a 3-4 transfer etməlidir".
Bu fikir futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində rusiyalıı mütəxəssisin Azərbaycan çempionatında febüt etməsinə qiymət verib.
Bildirib ki, tanınmış məşqçi “Neftçi” ilə matçda öz fəlsəfəsinə sadiq qalıb, “beşli” müdafiə ilə mübariz aparıb.
Abbasov rəhbərliyin Berdiyevin qarşısına ciddi hədəflər qoyduğunu xatırladıb.
Qeyd edib ki, sabiq “Rubin”li yeni iş yerində uğur qazanması üçün heyətini daha da gücləndirməlidir:
“Ona əlavə büdcə ayrılmalıdır ki, 3-4 tarnsfer də etsin. Çünki ehtiyat sklamya qısadır”.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN